1.1. Sifariş satıcı ödənişi təsdiq etdikdən sonra ən qısa müddətdə (adətən 10–30 dəqiqə ərzində, 10:00 - 22:00 aralığında), maksimum isə 24 saat ərzində çatdırılır.
1.2. Sifarişlərin sıx olduğu zamanlarda gecikmə maksimum 3 iş günü ola bilər. Bu müddət keçdikdən sonra müştəri ödənişini geri tələb edə bilər.
1.3. Sifarişlər növbəlilik əsasında çatdırılır. Sifariş verdikdən dərhal sonra qeyd edilən müddət bitmədən narazılıq edib ödənişin geri qaytarılması tələb oluna bilməz.
1.4. 18 yaşına çatmamış şəxslərin mağazamızdan alış-veriş etməsi qadağandır. Ailə üzvünün bank kartından icazəsiz istifadəyə görə BM SoftMarket məsuliyyət daşımır.
1.5. Məhsullar rəqəmsal olduğuna görə bizdən qaynaqlanmayan problemlər istisna olmaqla geri ödəniş edilmir.
1.6. Ortaq (paylaşımlı) hesablarda geri ödəniş prosesi həyata keçirilmir.
1.7. Yaşayış Yeri və Xarici Ölkə Şərti: İstifadəçilər mütləq Azərbaycan ərazisində yaşamalıdır. Əgər xarici ölkədə yaşayırsınızsa, sifarişdən öncə bunu mütləq qeyd etməlisiniz. Xarici ölkədə istifadə səbəbindən abonəlik ləğv olunduğu və ya bloklandığı halda ödəniş qətiyyən geri qaytarılmayacaq.
1.8. Mağazaya səhvən ödəniş edildikdə 2 AZN komissiya çıxılaraq qalan məbləğ geri göndərilir.